Tovuzda yol qəzası, hərbçilər yandı

Ölən hərbçilərin adı açıqlandı


Tovuzda ağır yol qəzası olub. FHN-in saytında yer alan məlumata görə, Aşağı Ayıblı kəndində "Ford” markalı yük avtomobili ilə "Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.

Yanğın nəticəsində minik avtomobilinin yanar hissələri yanıb. Yanğının kəşfiyyatı zamanı "Mercedes” avtomobilində olan sürücünün və sərnişinin meyiti aşkar olunub. Digər avtomobil yanğından mühafizə edilib. Yanğın saat 07:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tovuz rayonunda baş verən ağır yol qəzasında yanaraq ölən hərbçilərin adı açıqlanıb.

APA-nın qərb bürosunun məlumatına görə, "Ford” markalı yük avtomobili ilə "Mercedes” markalı minik avtomobili toqquşması nəticəsində "Mercedes”in sürücüsü, N saylı hərbi hissənin zabiti, İsmayıllı rayon sakini, 1986-cı il təvəllüdlü Nəzərov Elçin Tağı oğlu və sərnişin, həmin hərbi hissədə müddətdən artıq hərbi xidmət edən Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini, 1983-cü il təvəllüdlü Zeynalov Elçin Zakir oğlu yanaraq dünyalarını dəyişiblər.

"Ford”un sürücüsü, Gəncə şəhər sakini, 1947-ci il təvəllüdlü Məmmədov Saleh Əziz oğlu isə ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.