Hansı taksi xidməti daha SƏRFƏLİDİR ? - "SHERG.AZ" ARAŞDIRDI

Sorğunun nəticəsi olaraq *9933 ən sərfəli taksi xidməti kimi dəyərləndirilib


Son illərdə paytaxtın taksi xidmətində müsbət bir dönüş yaranıb. Son bir neçə ayda taksi fəliyyəti ilə məşğul olan özəl şirkətlərin çoxalması, bu sahədə rəqabət mühitinin yaranması, güclənməsi sayəsində taksi xidmətindən istifadə daha əlçatan və səmərəli olub. Ənənəvi taksilərlə müqayisədə qiymətlərin xeyli dərəcədə aşağı düşməsi bu xidmətdən istifadə edənlərin sayının artmasına gətirib çıxarıb. Amma yeni yaranmış taksi xidmətlərinin hansının ucuz və keyfiyyətli olması istər sosial mediada, istərsə də cəmiyyətdə müzakirə mövzusudur. Kimi *189, kimi isə *9933, *2424, *189,*8555,*8989, *9111 və başqa xidmətlərin sərfəli olduğunu iddia edir. 

Biz də Sherg.az olaraq məsələnin aktuallığını nəzərə alıb, paytaxtın müxtəlif ərazilərində sorğu keçirdik. 

Sorğunun nəticəsi olaraq  *9933 ən sərfəli taksi xidməti kimi dəyərləndirilib. 


Sherg.az sorğunu təqdim edir:

Yasamal rayon sakini Dilbər İskəndərova qeyd edib ki, *9933 ən sərfəli taksi xidmətidir: 

"*9111 taksilərinə nifrət edirəm. Açıq deməliyəm ki, işçilər çox kobuddurlar və yenə deyirəm, *9933 daha sərfəlidir.



Səbail rayon, Badamdar qəsəbə sakini, gənc jurnalist Azadə Bayramovaya görə də ən münasib qiymətə olan taksi xidməti *9933-dür: 
"Amma çağırılan yerə vaxtlı - vaxtında gəlmirlər. Sonra da deyirlər ki, həmin əraziyə yaxın yerdə taksimiz yox idi. Xülasə, "naz"la iş görür bu xidmət. Amma zəng edəsən *189-a, anında başını üstünü kəsdirir. Təəssüf ki, qiyməti bahadır.

 Nizami rayon sakini Vüsal İbrahimli deyir ki, taksidən istifadə zərurəti yaranarsa, evlərinin arxasında fəaliyyət göstərən fərdi taksilərdən istifadə edir: 

"İstədiyim yerə həm ucuz aparırlar , həm də mülayim davranırlar.

Digər paytaxt sakini Sevinc Salehqızı düşünr ki, *9933 taksiləri daha ucuzdur: 

"Çox saman ondan istifadə edirəm, amma bu taksi xidmətinin qaynar xəttinə düşmək çətindir.*9933-ə düşə bilmədikdə, alternativim *9111 taksiləridir.

Nəsimi Məmmədli isə *9111taksi xidmətini bəyənir: 

"Taksi xidmətlərinin bir neçəsindən istifadə etmişəm. *189, *9933, *2424 və *9111. Xidmət və operativlik baxımından ən bəyəndiyim  olub.

Rövşən Teymurzadə hesab edir ki, "Ekonom taksi” xidməti olan *9111 daha sərfəlidir: 

"Benzinin qiymətinin artmasından sonra da qiymət qalxmadı. "Salam taksi” *9933 isə getdiyim məkana görə, ondan 40 qəpik ucuz başa gəlir. "Xalq taksisi” *9911 isə 60 qəpik fərqlə daha da ucuz olur.

Tanınmış jurnalist  Zeynəb Kazımova  hesab edir ki, ən pis xidmət *189-dur. Ona görə ki, sürücülərin əksəriyyəti kobud, qiymətlər isə bahadır: 

"Bir il olar ki, sifarişin vaxtından yarım saata qədər gec gələrək dəfələrlə getdiyim yerə gecikdirəndən sonra qəti istifadə etmirəm. "Uber” ən ucuz taksidir, amma sürücü yol boyu lap ağlaşma qurur, qiymətin azlığından, adam dinlədikcə taksini çağırdığına peşman olur. *8989-un qiyməti normal olsa da əksər sürücüləri şəhəri tanımır.

Elnaz Muradova "Taxify” istifadə edir: 

"Çünki tez bir zamanda yaxınlaşır və qiyməti də münasibdir.

Lola Hüseynovanın fikrincə, ən sürətli işləyən, dəqiq vaxtında gələn *9111 taksiləridir:

"Amma ondan ucuzları da var. Təəssüf ki, ucuz qiymətə çalışan taksilərin xidmət keyfiyyəti də ucuzdur.

DİA-nın tələbəsi Şəhla Səmədli hamıya "Taxify” taksilərindən istifadə etməyi məsləhət görür: 

"Üstəlik, bir məlumatı da bildirim ki, Azərbaycanda müxtəlif məkanlar barədə məlumatları özündə toplayan yeni yaranmış platforma – "Nə, Harada" mobil tətbiqinin istifadəçiləri üçün ilk gedişdə 5 AZN endirim var.

Fariz Bayramovun qənaətinə görə, *8555 taksiləri daha yaxşıdır.

Bakı Dövlət Universitetinin tələbəsi Nazilə Mahmudova bildirir ki, *2424 taksi xidmətindən bir dəfə istifadə edib, amma taksi həm gec gəlib, həm də qiyməti baha olub: 

"Daha çox istifadə etdiyim *9933 taksiləridir.

Xırdalan sakini Firudin Vəliyev isə *2424 taksi xidmətinin faydalı oldöunu söyləyir: 

" Bir dəfə Xırdalandan Bakı beynəlxlaq Avtovağzalına getmək üçün otururb əskər taksi xidmətlərinə zəng etdim, biri 6 manat istədi, biri 7, 0 manat istədi, biri 9 manat istədi, *2424 isə 4, 40 manata apardı. ondan sonra takiyə ehtiyac yarananda yalnız bu xidmətdən istifadə edirəm".  

 Hazırladı: Aysel Aslan, Ayyət Əhməd