5 il gözlədi, daha ölməyəcək

Rus qadının ürəyi ilə yaşayacaq


Antaliyada ürək nəqli gözləyən 50 yaşlı Raşit Nasa, beyin ölümü keçirdikdən sonra orqanları bağışlanan 38 yaşlı rus, Olqa Kyetovanın ürəyi nəql edildi.

Mersində təxminən 20 il əvvəl hərəkətlərində yavaşlama və getməkdə çətinlik çəkdiyi səbəbiylə üz tutduğu xəstəxanada ürək çatışmazlığı diaqnozu qoyulan Raşit Nasa, təxminən 5 il əvvəl ürək aparatına qoşuldu. 5 ildir ürək nəqli gözləyən Raşit Nasa, Antaliyadakı xüsusi bir xəstəxanada müalicə gördüyü zaman beyin ölümü keçirən və ailəsi tərəfindən orqanları bağışlanan rus Olqa Kyetovanın ürəyi Aralıq dənizi Universiteti Xəstəxanasında nəql edildi. Ürək damar cərrahı Prof. Dr. Ömər Beyazıd, Prof. Dr. İlhan Gölbaşı, Prof. Dr. Çingiz Türkay və Dos. Dr. Ozan Erbasan tərəfindən 4 gün əvvəl edilən əməliyyat sonrasında Rəşid Nas sağlamlığına qovuşdu. Xüsusi bir şirkətdən təqaüdə çıxdığını söyləyən Rəşid Nas, "Ürək nəqli üçün Səhiyyə Nazirliyində qeydə alınanda heç ümidim yox idi. Lakin hər keçən gün ümidim artdı. Ürəyim süni aparatla işləyirdi, lakin ürək nəqli olacağını hiss edirdim. Çünki həkimlərim də nəql olmam lazım olduğunu, əks halda həyatımın təhlükəyə girəcəyini söyləyirdi. İndi rus Kyetovanın ürəyi ilə uzun illər yaşamaq istəyirəm” deyə danışdı. Olqa Kyetovanın isə Antaliya Hava limanındakı bir mağazada işlədiyi qeyd edildi.