7 qol, qırmızı vərəqə və "Qalatasaray" finalda





Futbol Futbol üzrə Türkiyə kubokunda ilk finalçı məlum olub.
İstanbuldakı ilk oyunda rəqibi ilə 2:2 hesabı ilə bərabərə qalan "Qalatasaray" Bursa səfərində səviyyəsini ortaya qoyub.
Belə ki, matçın ilk hissəsində hesabda geri düşən "Qalatasaray" ikinci hissədə tam fərqli oyun göstərib. Nəticədə rəqibini 5:2 hesabı ilə məğlubiyyətə uğradaraq finala adlayıb.
Bu oyunda "Qalatasaray"ın hücumçusu Burak Yılmaz qol vurmaqla yanaşı qırmızı kart alması ilə də yadda qalıb.
Qeyd edək ki, "Qalatasaray" finalda "Antalyaspor" -"Eskisehirspor" cütünün qalibi ilə qarşılaşacaq.