Abşeron rayonunda ər arvadını güllələyib

"Elə sağ qalmaqdansa, qalmasa yaxşıdır"

 



Abşeron rayonunda güllələnmə hadisəsi olub. APA TV-nin xəbərinə görə, hadisə aprelin 17-də səhər saatlarında Saray qəsəbəsində qeydə alınıb. Sevil Qazıyeva kücəsində yaşayan Məhbubə Tahirovanı həyat yoldaşı güllələləyərək hadisə yerindən qaçıb. Keçirilən əməliyyatla 47 yaşlı Seyran Tahirov həbs olunub.
Seyran Tahirov bunları deyib: "Saymamazlıq edirdi, nalayiq sözlər deyirdi. Mən də məcbur oldum , 2 gülllə vurdum".
Təqsirləndirilən şəxs bildirib ki , həyat yoldaşı ilə münasibətləri 1 ildir gərgin olub. Bu üzdən evdən gedərək qardaşının evində məskunlaşıb. Lakin həyat yoldaşı onun barəsində yaxınlarının və tanışlarının yanında təhqiredici sözlər işlətməkdə davam edib. Buna qəzəbləndiyindən özünə məxsus ov tüfəngini götürərək evlərinə tərəf gəlib: "Elə sağ qalmaqdansa, qalmasa yaxşıdır".
Faktla bağlı cinayət işi başlanıb.