Lavrov: Rusiyanın Ukraynaya ordu yeritmək niyyəti yoxdur






Rusiya heç Ukraynaya ordu yeritmək niyyətində deyil. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov Cenevrədə Ukraynadakı vəziyyətin nizamlanması ilə bağlı keçirilən beynəlxalq danışıqların yekunlarına dair mətbuat konfransında bəyan edib.
"Bizim Ukraynaya, qardaş xalqın yaşadığı dost dövlətin ərazisinə ordu yeritmək niyyətimiz yoxdur. Bu Rusiyanın əsas maraqlarına ziddir”, deyə o vurğulayıb.