Beynin ən yaxşı çalışdığı yaş nə vaxtdır?

Elm adamları 3 min 305 iştirakçıya bir kompüter oyunu oynatdı



Kanadalı elm adamlarının araşdırması, bilgi bacarıqların ən üst səviyyəyə çatdığı dövrün 24 yaş olduğunu göstərdi.

Simon Fraser Universitetindən elm adamları, 24 yaşından sonra bilgi bacarıqlarında azalma olduğunu, ancaq beynin bu azalmanı sürətlə kompensasiya etməyi öyrəndiyini, bu səbəbdən ‘’hiyləgərləşdiyini’’ ifadə edib. Beyinin işləmək bacarıqlarının nə vaxt azaldığını aydınlaşdırmaq üçün elm adamları 3 min 305 iştirakçıya bu bacarıqları tələb edən bir kompüter oyunu oynatdı. Elm adamları ortalama 24 yaşından sonra ‘’beyin sürətinin’’ yavaşlamağa başladığını gördü.