Bu fotoşəkil gerçəkdi!

Oranqutan adam kimi xərəyə uzanıb



Bu fotoşəkil İndoneziyanın Sumatra adasındakı bir klinikada çəkilib. Oranqutanları Qoruma Mərkəzində çalışan baytar 14 yaşındakı kişi oranqutanın bədənində olan güllə parçalarını çıxarır.

15 apreldə Oranqutan Məlumat Mərkəzi və Meşə Nazirliyi tərəfindən ortaq bir çalışma ilə qurtarılan oranqutanın sağlamlıq vəziyyəti hazırda yaxşıdır. Mərkəz, səhhətini boynuna götürdüyü 280 oranqutanın həyatda qalması üçün çalışır. Mərkəz bu oranqutanı bədənindəki güllə parçalarından qurtardıqdan sonra təbii həyat sahəsinə geri buraxır. Bütün bu hekayədə ən diqqət çəkən detal isə bəlkə də fotoşəkildi. Daha doğrusu fotoşəkildə oranqutanın üzündəki o ifadədir. Sanki yetkin bir adam rəftarıyla xərəkdə yatan yaralı oranqutan ictimai mediada da qısa müddətdə məşhur oldu.