Bu libas bütün mağazalarda cəmi 8 dəqiqəyə satıldı (FOTO)

İngiltərədə hər kəs hersoqinya kimi görünməyə tələsdi



Dəb dünyasında "Keyf effekti" trendi davam edir. Kembric hersoqinyası Keyt Middltonun Avstraliya səfərində geyindiyi "Diane von Furstenberg" imzalı geyim mağazalarda cəmi 8 dəqiqəyə satılıb.

Şahzadə 292 funt-sterlinqə olan üzəri ağ naxışlarla mavi libasını tünd mavi platforma ayaqqabılarla uyğunlaşdırıb. "Diane Von Furstenberg" brendinin rəsmi saytında (dvf.com -red.) libasın artıq bitdiyi açıqlanıb.

Middltonun bundan öncəki səfərlərində geyindiyi 42 funt-sterlinq dəyərində ağ-qara zolaqlı "Me and Em" topu və yaşıl yun palto da sürətlə satılıb qurtarmışdı.(anspress)