Vahid Əhmədov nazirliklərdən şikayətləndi

Deputat qanunsuzluqları törədənlərin bəzi nazirliklər tərəfindən cəzalandırılmadığını bildirib




 "Satınalma ilə bağlı qanuna da yenidən baxılmalıdır”. Bunu Milli Məclisin bugünkü iclasında deputat Vahid Əhmədov deyib. Millət vəklili Hesablama Palatasının ortaya çıxardığı qanunsuzluqları törədənlərin bəzi nazirliklər tərəfindən cəzalandırılmadığını bildirib.

Millət vəkili deyib ki, 2013-cü ildə Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin institutlarında müəyyən qanun pozuntularına rast gəlinib: "Bu gün yeni layihələrə 1 milyarda dollara qədər vəsait ayrılıb. İstərdim ki, bu layihələrə də Hesblama Palatası nəzarət etsin.

Vahid Əhmədov satınalma ilə bağlı yeni təklif də irəli sürüb: "Satınalma ilə bağlı qanuna da yenidən baxılmalıdır. Bu sahədə problemlər mövcuddur. Həmçinin Hesablama Palatasına əlavə səlahiyyət də verilməlidir. Hesablama Palatasının hesabatını yüksək qiymətləndirirəm və səs verirəm”.