Rauf Mirqədirov Türkiyədən çıxarıldı

Polisin müşayiəti ilə Ankara hava limanına gətirilib və Bakıya uçan təyyarəyə mindirilib





Türkiyədən deportasiya edilən azərbaycanlı jurnalist və siyasi şərhçi Rauf Mirqədirov bu dəqiqələrdə polisin müşayiəti ilə Ankara hava limanına gətirilib və Bakıya uçan təyyarəyə mindirilib.
Məlumata görə, jurnalist həyat yoldaşına saxlanılması ilə bağlı məlumat verə bilib. Rauf Mirqədirovun sözlərinə görə, polisdən ona bildirilib ki, hər hansı cinayət və ya digər qeyri-qanuni əməllə bağlı onlarda məlumat yoxdur. Sadəcə olaraq, Türkiyə hakimiyyətinin yüksək dairələrindən jurnalistin deportasiyası barədə göstəriş gəlib. Rauf Mirqədirova 12 ay müddətinə Türkiyəyə giriş yasağı qoyulub.

Ankaradan Bakıya gələn təyyarə saat 16.30-da Heydər Əliyev Beynəlxalq Hava Limanında olmalıdır.