Azərbaycanda baş redaktor işçisini zorlayıb -Şok





zorlamaAzinform.az-ın məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən qəzet redaksiyalarından birində zorlama hadisəsi baş verib.

Həmin redaksiyanın xanım əmakdaşlarından biri baş verən hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 5-ci bölməsinə şikayət edib. Xanım əməkdaşın iddiasına görə, o, 9 gün əvvəl qəzetin 25 yaşlı baş redaktoru tərəfindən zorlanıb. Bu barədə ilk məlumatı Vesti.az saytı yayıb. Biz polisdə olan mənbələrimizin köməyi ilə belə bir faktın qeydə alındığını dəqiqləşdirə bildik.

Ziya Bünyadov prospektində yerləşən həmin redaksiyanın adı reket nəşrlər siyahısındadır. Qəzein adı «M», baş redaktorun isə adı «S» hərfi ilə başlayır. Bəzi obyektivlikləri və istintaq sirrini nəzərə alaraq məlumatı tam açıqlamırıq.