Mirzə Sakitin vəziyyəti ağırdı






Belçikanın Gent şəhərində mühacirətdə yaşayan satirik şair Mirzə Sakit dünən Bakı vaxtı ilə 23:30 radələrində qəflətən ürəyindən kəskin ağrılar tutduğu üçün təcili olaraq xəstəxanaya aparılıb.

Bu barədə Avropa.info-ya Mirzə Sakitin oğlu Cahandar Zahidli məlumat verib. Onun dediyinə görə, Gent şəhərində yaşadıqların evin yaxınlığındakı parkda dincələn Mirzə Sakit qəflətən yerə yıxılıb. Bundan sonra yoldan keçən bir maşınla atasını xəstəxanaya çatdırdıqlarını deyən Cahandar Zahidli , Mirzə Sakitin xəstəxanadan çəkilmiş fotosunu da göndərib.
Həmin fotonu təqdim edirik.