Suriyada çəkilən bu foto dünyanı şoka saldı






Sosial şəbəkəni bir-birinə qatan bu fotoşəkil Suriyada çəkilib. FaktXəbər-in verdiyi məlumata görə, bütün dünyanın diqqətini çəkən fotoşəkildə körpəni bir qrup silahlılar mühasirəyə alıb. Heç nəyi dərk etməyən bu körpə ona tərəf uzanan silahlara baxır.
Qeyd edək ki, «Azad Suriya Ordusu» adlı silahlı qruplaşma tərəfindən sosial şəbəkədə paylaşılan bu fotoşəkilin altında «bizim ən gənc əsirimiz» yazılıb. Türkiyə sərhədinə yaxın Kəssab məntəqəsində çəkildiyi təxmin edilən foto sosial şəbəkədə paylaşıldığı andan etibarən saysız reaksiya və şərhlərlə qarşılanıb. Fotoşəkildəki körpənin vəziyyəti ilə əlaqədar hazırda heç bir məlumat yoxdur.