Turçinov: “Rusiya və onun terrorçularına qarşı adekvat addımlar atacağıq”





Rusiya və onun Ukraynadakı terrorçu birləşmələri Cenevrə anlaşmalarını icra etməyəcəklərini nümayiş etdirir.
Ona görə də mövcud şərtlər altında Ukrayna hakimiyyəti adekvat addımlar atacaq.
APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, bunu ABŞ vitse-prezidenti Cozef Baydenlə görüşü zamanı Ukrayna Ali Radasının sədri, prezidentin səlahiyyətlərini icra edən Aleksandr Turçinov bəyan edib.
O qeyd edib ki, Ukraynanın şərqində separatçıların fəaliyyəti Cenevrədə əldə edilmiş anlaşmaların üstündən xətt çəkib.
"Şübhəsiz ki, belə olan halda biz adekvat hərəkət edəcəyik”, - deyə o vurğulayıb.