Daha bir qadın Rəqsanədən borcunu istəyir

Səbinə Hüseyn: “Sifəti “podoş”dur, “podoş”!””





Rəqsanənin adı yenə növbəti qalmaqalda hallanır. Daha doğrusu, Rəqsanəni borclu olduğuna görə suçlayan növbəti bir şikayətçi tapılıb.
Belə ki, tanınmış stilist-dizayner Səbinə Hüseyn Rəqsanə İsmayılovadan gileyləndi. Sən demə, Rəqsanənin borclu qaldıqları adamlar arasında S.Hüseyn də varmış! "Komanda heyətimlə Moskvaya yola düşmüşdük. Təyyarədə Rəqsanə İsmayılova ilə qarşılaşdıq. Hamımız gülüşdük. Nəyə görə? Səbr edin, biləcəksiniz. Geri döndükdə də onunla rastlaşdıq. "Duty-Free”də bizim "ulduz” yenə də mənimlə üz-üzə gəldi. Amma özünü görməməzliyə vurdu. Düz gözlərimin içinə baxsa da, guya məni tanımadı. Kassada aldıqlarının hesabını verdi - tam 500$. Bu müddət ərzində "Roksi” özünü elə göstərirdi ki, sanki məni tanımır. Mən də eləmədim tənbəllik, bir neçə dəfə ucadan dedim ki, yaxşı olardı ki, bizim də borcumuzu ödəyəsən - musiqiçilərin, fotoqrafın, həmçinin mənim pulumu. Əziyyət çəkmişik axı. Açığı, 8 000 AZN elə də az pul deyil! Bax belə, əgər kimsə onu görüb-eləsə, zəhmət deyilsə, mənim sözlərimi çatdırın o qıza. Sifəti "podoş”dur, "podoş”!” -
 deyə dizayner xanım Rəqsanədən savayı bir neçə müğənni ilə işlədiyini də vurğuladı: "Amma heç birindən bu dərəcədə həyasızlıq görməmişəm. Röyanın bir neçə konsertində geyim, makiyaj, stil bizə aid olub. Yerin dibindən də olsa gətirib pulumuzu ödəyib ki, əziyyətimi çəkmisiniz, halal edin. Bu isə illərdir pulumuzu ödəmir! Hələ bu azmış kimi özünü tülkülüyə də vurur. Nifrət edirəm belələrinə!”

Tahirə