4 gün əvvəl Xəzərdə batan gəncin cəsədi çıxarılıb





Bakıda 4 gün əvvəl dənizdə batan 26 yaşlı oğlanının cəsədi tapılıb.
Fövqəladə Hallar Nazirliyinin saytının məlumatına görə, 1989-cu il təvəllüdlü Əbdülrəhmanov Səfər Vaqif oğlu iyulun 19-da Binəqədi rayonunda dənizdə batıb.
S. Əbdülrəhmanovun meyiti bu gün batdığı yerdən 10 km aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.