40 il sonra təslim oldu

Həbsxanadan qaçan məhkum həkimə ehtiyacı olduğu üçün geri dönmək istədi



ABŞ-da illərlə qanundan qaçan Clarence David Moore adlı adam, təxminən 40 il sonra telefonla özünü xəbər verdi.

ABŞ-da 39 il əvvəl həbsxanadan qaçan bir məhkum, polisə zəng edərək özünü xəbər verdi. "FOCUS Onluna”da yer alan xəbərə görə, Şimal Karolinadakı bir həbsxanadan 70-ci illərdə qaçmağı bacaran Clarence David Moore adlı məhkum, təxminən qırx il sonra təkrar həbsxanaya girmək istədi. Bu gün 66 yaşında olan Clarence David Moorenin qaçaq olduğu üçün sığortası olmadığı və həkimə gedə bilmədiyi üçün, sağlamlıq səbəbləriylə təkrar həbsxanaya girmək istədiyi ifadə edildi. Xəbərə görə, Franklin County polis bölməsini axtaran adam, 39 il əvvəl həbsxanadan qaçan Clarence David Moore olduğunu ifadə etdi və həkimə ehtiyacı olduğu üçün, təkrar həbsxanaya dönmək istədiyini söylədi. Moorenin işini araşdıran və olduğu yerə gedən polislər, Mooreni iflic keçirmiş və köməyə möhtac halda tapdılar. Kentucky prokurorluğu tərəfindən haqqında istintaq açılan Clarence David Moorenin , cəza alıb, almayacağı, ya da Şimal Karolinaya qaytarılıb məhkəmə tərəfindən qərar veriləcəyi ifadə edilir. Məhkumun 39 il əvvəl qaçdığı və dönməyi istədiyi həbsxananın 2002-ci ildən bu tərəfə bağlı olduğu qeyd edildi.