400 çobana ehtiyac var

Ayda 2.500 TL maaşla çoban tapılmır



Samsun Qida, Əkinçilik və Heyvandarlıq müdiri Kadir Güvən vəziyyətlərinin çətin olduğunu deyir: "Samsunda malqaraya baxılması üçün yüzlərlə çobana ehtiyacımız var. Bu işi görənlər 2 min 500 lirə maaş alır” deyib.

Samsunda gördüyü işlər haqqında məlumat verən Güvən, xeyli sayda çobana ehtiyacları olduğunu ifadə edərək, bunun üçün kurslar açıldığını söyləyib.

"Ölkəmizin şərqində bu ödəniş daha yüksəkdir. Çünki sahələr daha genişdir və sürülər də çoxdur. Bizim sahələrimiz böyük deyil və sürülərimiz də azdır. Bu zamana qədər açılan kurslarımızda 268 nəfərin sənədini qəbul etmişik.” Samsunda 200 min kiçikbaş heyvan sayından ötəri 400 çobana ehtiyac var. 325 min büyükbaş heyvan üçün isə əlaqədar nazirlik tərəfindən ehtiyac duyulan çoban sayı isə hələ açıqlanmır.