Yanukoviç və Timoşenkonun gizli danışıqları üzə çıxdı

Sabiq prezident və baş nazir prezidentlik postunun 2029-cu ilədək bir-birinə ötürülməsi ilə bağlı razılığa gəliblər




Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç və sabiq baş nazir Yuliya Timoşenkonun gizli danışıqlarının üstü açılıb. ANS PRESS-in məlumatına görə, Ukrayna mətbuatında Yanukoviç və Timoşenkonun prezidentlik postunun 2029-cu ilədək bir-birinə ötürülməsi ilə bağlı razılığa gəldikləri haqda sənədlər yayılıb. Sənədlər Yanukoviçin "Mejiqorya” adlı iqamətgahında axtarış aparılarkən tapılıb.
Sənəddə bildirilir:
"Viktor Yanukoviç və Yuliya Timoşenko 2009-cu ilə qədər seçkilərdə Regionlar Partiyasının və "Batkivşina”nın vahid siyahısı ilə iştirak etməlidiri. Eləcə də prezidentin parlamentdə seçilməsi ilə bağlı Konstitusiyaya dəyişiklik edilməli və Viktor Yuşşenkonun impiçment məsələsi də reallaşdırılmalıdır”.