Erməni ekspert: “Koçaryan yaxın 6 ayda hakimiyyətə gələcək”





"Ermənistanın ikinci prezidenti Robert Koçaryan yaxın 6 ayda böyük siyasətə qayıdacaq”.
Lent.az-ın "Novosti Armeniya”-ya istinadən məlumatına görə, Ermənistan beynəlxalq münasibətlər mərkəzinin direktoru, politoloq Aqasi Yenokyan müsahibəsində bildirib.
Onun sözlərinə görə, Koçaryan yenidən respublikada hakimiyyəti ələ almaq niyyətindədir.
Erməni mütəxəssis bildirib ki, keçmiş prezidentin yaxın 6 ayda dövlət çevrilişi edərək, hakimiyyət başına keçəcəyi də istisna deyil.
Mənbə xatırladıb ki, R.Koçaryan son aylar siyasi fəallığını artırıb. O, mövcud hakimiyyəti tənqidi müsahibələr verir.
Məlumata əsasən, ölkədəki bir sıra politoloqlar və siyasi xadimlər də onun böyük siyasətə qayıtmaq niyyətində olduğunu ehtimal edirlər.