Elçin Şıxlı Rauf Mirqədirovun həbsi ilə bağlı danışdı

"Ayna-Zerkalo" qəzetinin gündəlik buraxılışının bağlanmasının Rauf Mirqədirovun həbsi ilə heç bir bağlılığı yoxdur

Mədəniyyət "Ayna-Zerkalo" qəzetinin gündəlik buraxlışının bağlanmasına qəzetin baş redaktoru və təsisçisi Elçin Şıxlı açıqlama verib. Mətbuatda bu məsələnin qəzetin əməkdaşı Rauf Mirqədirovun həbsilə bağlı olduğu iddaları yer almışdı. "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlının sözlərinə görə, qəzetin gündəlik buraxılışının bağlanmasının Rauf Mirqədirovun həbsi ilə heç bir bağlılığı yoxdur: "Altından cızıq çəkirəm ki, ona görə deyil. Mən yanvar ayından bu vəziyyətdəydim, düşünürdüm ki, bu gün, sabah bağlayaq. Amma bir ümid yeri, işıq yeri əmələ gəlirdi. Daha bundan sonra mümkün deyil. Küçədə əl satışı ləğv olundu, metroda iş gedir, hansı ki, orda satış yaxşı idi. "Qasid” mətbuat yayımı firması isə çöküb”.