Azərbaycan Bazarda görünüşü gözəl, amma faydasından çox ziyanı olan məhsullara rast gəlmisiz. Görünüşü ilə hər kəsə gəl-gəl deyən bu məhsulların Azərbaycanda istehsalı və satışına qadağan edilməsi gözlənilir. Çünki mütəxəssislər bu gür meyvə tərəvəzin insan orqanizmi üçün böyük təhlükə olduğunu açıqlayıblar. Təbii ki, müxtəlif heyvan mənşəli genlərin əlavə edildiyi həmin məhsullarda nə fayda ola bilər. Görünüşcə müştəriyə gəl-gəl deyən bu meyvələrin idxalı bu gün dünyanın 37-dən çox ölkəsində qəti qadağandır. Bu ölkələrdə geni dəyişdirilmiş məhsullar yalnız daxildə istehsal olunur və ciddi laborotor nəzarətdən keçdikdən sonra satşa buraxılır. Bəs bizdə necə? Bazarlarda alça çiyələk kimi mövsümü meyvələrlə yanaşı hətta qarpız da tapmaq olar amma bunlar xarici məhsullardır və geni dəyişdirilib. Paytaxt bazarlarında araşdırmamızdan məlum oldu ki, ticarət mərkəzlərində həm xarici həm də yerli geni dəyişdirilmiş meyvə tərəvəz kifayət qədərdir. Hazırda ölkəmizdə yalnız genetik modifikasiya olunmuş mədəni bitki və toxumları yoxlanılır. Meyvə və tərəvəz isə ümumiyyətlə yoxlamadan keçmir. Çünki, bunun üçün qanunvericilikdə müvafiq prosedur qaydaları nəzərdə tutulmayıb. Bu boşluqları aradan qaldırmaq üçünsə, yaxın günlərdə Milli Məclis bəzi qanunlara yenidən baxacaq və geni dəyişdirilmiş toxum və bitkilərin, meyvələrin elmi tədqiqatlar istisna olmaqla ölkəyə idxalı, yerlərdə istehsalı və satışı tam qadağan olunacaq. Buna əməl etməyənlər üçünsə, hətta cəzalar da təklif olunur. İqtisadçılar isə təklif edir ki, kənd təsərrüfatında GMO məhsullardan istifadəyə icazə verilsin. Amma ciddi nəzarəti saxlamaqla, xarici idxal isə təmamilə dayandırılsın. Hazırda idxal olunan GMO məhsullarına nəzarət etmək hüququ Kənd Təsərrüfatı Nazirliyi və Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinə həvalə edilib. Amma tibb mütəxəssisləri hesab edirlər ki, yerli istehsalın yararlı və yararsız olması insan orqnizminə mənfi təsirini öyrənmək üçün xüsusi laborator müayinələrə ehtiyac var. Xüsusilə hamilə qadınların bu cür məhsullardan istifədəsi təhlükəlidir. Çünki geni dəyişdirilmiş məhsullar eybəcər və şikəst uşaqların doğulmasına səbəb ola bilər. Nə qədər ki, gec deyil bu məhsulların xarici görünüşünün arxasında dayanan dəhşətli və təhlükəli xəstəlikləri görmək lazımdır.
Azərbaycana bu məhsulların gətirilməsi qadağan ediləcək
18:28 02.05.2014
Arxiv
2030
![](https://sherg.az//storage/posts/May2014/mehsul.jpg)
Görünüşü ilə hər kəsə gəl-gəl deyən bu məhsulların Azərbaycanda istehsalı və satışına qadağan edilməsi gözlənilir
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda işıq dirəyi aşıb
18:10 20.07.2024
Gündəm
Cənubi Qafqazın lider ölkəsi...
18:08 20.07.2024
Gündəm
Əliyev: Ermənistanla normallaşma prosesində irəliləyiş baş verir
17:59 20.07.2024
Gündəm
Ərdoğan Tatarla görüşdü
17:53 20.07.2024
Dünya
Ərdoğan Tatarla görüşdü
17:53 20.07.2024
Dünya
Əliyev: "Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qururuq"
17:46 20.07.2024
Gündəm
Dedi-qodulara, AP-də hansısa bəyanatlara fikir vermədik...
17:36 20.07.2024
Gündəm
Prezident: Bəzi ölkələr hələ də kolonializmdən əziyyət çəkir
17:29 20.07.2024
Gündəm
Zəngəzur dəhlizinin reallaşması ləngiyir - RƏY
17:10 20.07.2024
Siyasət
Bu tarixədək Putinlə yenidən görüşəcəyəm - Prezident
17:07 20.07.2024
Siyasət
Pənah Hüseyn üçün imza toplanılır
16:49 20.07.2024
Gündəm
Cənubi Qafqazda tarixi-geosiyasi dəyişikliklər baş verir
16:38 20.07.2024
Gündəm
Pezeşkianın seçilməsi İran üçün xilas yolu ola bilərdi - ŞƏRH
15:51 20.07.2024
Siyasət
Paşinyan sülhdən geri çəkilir - ŞƏRH
14:45 20.07.2024
Siyasət
YAP Mərkəzi Aparatında müşavirə keçirilib
14:35 20.07.2024
Gündəm
XİN Kolumbiyanın Müstəqillik Gününü təbrik edib
13:38 20.07.2024
Gündəm
ANAMA mina təhlükəsi ilə bağlı vətəndaşlara müraciət edib
12:24 20.07.2024
Cəmiyyət
Çin inşaatının sirri
09:20 20.07.2024
Gündəm
Təhsil almaq üçün ayaqyolu təmizlədi
09:17 20.07.2024
Gündəm
Tərləməyə qarşı bir nömrə...
08:28 20.07.2024
Cəmiyyət
Həsən bəy Zərdabinin işığında mətbuatımızın 149 ili
08:04 20.07.2024
Gündəm