Davudoğlu erməni patriarxı ilə görüşüb (VIDEO)

Qondarma erməni soyqrımı ərəfəsində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Ermənistana başsağlığı verməsi hələ cavabını axtarır

Dünya Qondarma erməni soyqrımı ərəfəsində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Ermənistana başsağlığı verməsi hələ cavabını axtarır. Əgər Türkiyə mediyasının qərb düşüncəli insanları bunu alqışlasalar da, ölkənin çoxluq təşkil edən mühafizəkar kəsimi baş nazirdən bununla bağlı açıqlama istəyir. Ərdoğan özü bunu bir siyasi gediş adlandırmışdısa da, onun xarici siyasətinin başında duran Davutoğlu məsələyə tam başqa prizmadan baxıb. Türkiyənin xarici işləri naziri Əhməd Davudoğlunun Ankarada erməni patriaxının baş vəkili Aram Ateşyan ilə görüşü, həm ölkə mediyasının, həm də dünya mətbuatının diqqətini çəkib. Nəzərə alsaq ki, Türkiyənin Ermənistanla tarixi qondarma soyqırım davası var, məhz bu səbəbdən bu görüş maraq doğurur. Onu da deyə ki, 1915-ci ildə baş verdiyi iddia olunun qondarma soyqırım 99 il keçməsinə baxmayaraq Türkiyənin qarşısında bu bir maneədir.

Əhməd Davutoğlu ilə erməni din adamanın görüşündə isə baş nazir Rəcəb Tayyib Ərdoğanın həmin hadisələrə görə, rəsmi İrəvana başsağlığı verməsi müzakirə olunub. Əhməd Davudoğlu başsağlığını şərh edərkən deyib ki, Türkiyənin bu məsələdə bir məqsədi var. Bu torpaqlarda əsirlər boyu yaşayan insanlar, qiyamətə qədər sülh münasibətlərini davam etdirməlidirlər. Türkiyənin baş diplomatı Ermənistana uzadılan dost əlinə qarşılıq gözləyir. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu sözlərinə görə, vicdanla yürüdülməyən heç bir siyasət, qalıcı iz buraxa bilməz: "Son dərəcə yaxşı ifadə olunmuş bir ismarıc olduğu üçün müsbət reaskiyalar aldıq. Bütün bunlar bir prosesdir. Bir anda bütün anlayışlar dəyişilə bilməz. Lakin bu, suya atılan bir daş öz çevrəsində halqalar yaratdığı kimi yeni bir anlayışın yaranmasına səbəb olacaq. İnanıram ki, ismarıc öz yerini tapmışdır”.Erməni din xadimi isə baş nazirlikdə keçirdiyi bu görüşdən məmnun ayrılıb. O deyib ki, bizim tək istəyimiz orata olan iylənmiş cəsədi aradan qaldırmaqdır. Arem Ateşyan Ermənistan hakimyyətinin də bu mesaja müsbət cavab verəcəyini düşünür. Jurnalistlərdən birinin ona verdiyi sual isə cavabsız qalıb. Qondarma soyqrım zamanı öldürülənlərin nəvələrinə Türkiyə vətəndaşlıq verəcəkmi? Erməni din xadimi hələlik bunu istəmədim deyib. Beləliklə Ermənistan Türkiyədən istədiyini almaqda israrlıdır. Tarixin kimin xeyirinə işləyəcəyi isə elə tarixi yazanlardan asılı olacaq.