Həbsdə olan vaxt hamiləliyə və doğuma görə müavinət veriləcək






 Nazirlər Kabineti "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”ə dəyişiklik edib.
APA-nın məlumatına görə, dəyişikliyə əsasən, Əsasnamədə həbsdə olan vaxt, məhkəmə-tibb ekspertizası zamanı, habelə məhkəmənin qərarına görə məcburi müalicə (ruhi xəstələrdən başqa) zamanı hamiləliyə və doğuma görə müavinət verilməməsini nəzərdə tutan müddəa ləğv edilib.
Bundan sonra həbsdə olan vaxt, məhkəmə-tibb ekspertizası zamanı, habelə məhkəmənin qərarına görə məcburi müalicə (ruhi xəstələrdən başqa) zamanı hamiləliyə və doğuma görə müavinət veriləcək.