42 il komada qaldı, öldü

Ona xəstəxanada cinsi hücum olmuşdu, orda da canını tapşırdı




İşlədiyi xəstəxanada cinsi hücuma məruz qalan Hindistanlı tibb bacısı 42 illik həyat mübarizəsindən sonra öldü.

1973-cü ildə Mumbaidəki bir xəstəxanada, çalışdığı zaman cinsi hücuma məruz qalan Arına Shanbaug adlı tibb bacısı, 42 ildir komada idi. Bir həmkarının hücumu nəticəsində beyin sarsıntısı keçirən və 42 il komada qalan Shanbaug, eyni xəstəxanada həyatını itirdi. Arına Shanbaug həyati funkisyalarını itirən talehsiz qadın ölkədə ötanazi haqqının simvol adlarından bir olmuşdu. NTV-in xəbərinə görə Shanbaugun daha az ağrı çəkməsi üçün bağlı olduğu süni tənəfüs aparatından çəkilməsini tələb edən yaxınları, başlatdıqları imza kampaniyasının ardından məhkəməyə müraciət etmiş, Hindistan Yüksək Məhkəməsi tələbi rədd etmişdi. Shanbauga hücum edən Bhartha Valmiki adlı xəstəxana işçisi hücum və oğurluq günahlandırmasıyla mühakimə olunmuş, məhkəmə təcavüz cinayətini görməməzlikdən gəlmişdi. Talehsiz qadının 42 il boyunca komada qalmasına səbəb olan Valmiki, 7 il məhkum olmuş, 6 ilin ardından da azadlığına qovuşmuşdu.