Hərbçilər ağır qəzaya düşdü: yaralılar var




Bu gün Bakı-Şamaxı magistral yolunun 24-cü kilometrliyində ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Müşfiqabad qəsəbəsi yaxınlığında "Mercedes" markalı minik avtomobili "KamAZ" markalı yük maşınına çırpılıb. Qəza nəticəsində 4 nəfər yaralanıb. Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Vüsal Məmmədov hadisə yerinə yollanıb.
Ans-in verdiyi məlumata görə, qəzada yaralanan 4 nəfər hərbçi olub. Onlar ağır vəziyyətdə xəstəxanaya aparılıb. Hazırda yaralıların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.