Gəncədə yanğın: şəhərin bir hissəsi 6 saat işıqsız qalıb





Gəncədə yüksəkgərginlikli kabellərdə yaranan yanğın nəticəsində şəhərin bir hissəsi elektrik enerjisiz qalıb.
FHN-nin Gəncə şəhər Yağından Mühafizə İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhərin Kəpəz rayonu, Tağı Arani küçəsindən keçən 35 min kilovoltluq yeraltı yüksək gərginlikli elektrik kabellinin 60 paqon metr hissəsində yanğın olub.
Əraziyə cəlb edilən yanğınsöndürənlər və elektrik şəbəkəsinin əməkdaşları tərəfindən yanğın söndürülüb. Nəticədə Gəncənin bəzi ərazilərinə saat 12-dən 18-ə kimi elektrik enerjisinin verilişi dayandırılıb.