Slavyansk özünümüdafiə qüvvələrinin 20 fəalı məhv edilib





Mayın 5-də Ukraynanın Slavyansk şəhərində davam edən döyüşlərdə ən azı 20 nəfər özünümüdafiə qüvvələrinin nümayəndəsi öldürülüb.
APA-nın məlumatına görə, bu barədə "İnterfaks” agentliyinə özünümüdafiə qüvvələrinin qərargahından xəbər verilib.
Onlarla dinc sakinin yaralandığını bildirilir.
Hazırda Ukrayna ordusu Slavyansk şəhərini mühasirəyə alıb, döyüşlər davam edir.