Putin söyüşdən istifadə edənləri cərimələtdirəcək





Rusiya prezidenti Vladimir Putin televiziya və radio efirlərində söyüşdən istifadəyə qadağa qoyan qanun imzalayıb.
Rusiya KİV xəbər verir ki, filmlərdə istifadə olunan qeyri-etik sözlərə görə isə həmin filmlərin yayımına da qadağa qoyulacaq.
Qanun pozulacağı təqdirdə adi vətəndaş üçün 2-dən 2,5 min rubla qədər, vəzifəli şəxslər üçün 4-dən 5 min rubla qədər, hüquqi şəxslər üçün isə 40-dan 50 min rubla qədər cərimə nəzərdə tutulub. Qanun təkrar pozularsa, cərimə artırılır.