"Bacı, sinəni ört" sözü Rozanı özündən çıxardı - QALMAQAL (FOTO)

"O, bunu Aygünə, Röyaya yaza bilərdi, mənə yox"



Müğənni Samirə Allahverdinin sosial şəbəkədə həmkarı Roza Zərgərlinin şəklinin altında yazdığı "bacı, sinəni ört” sözləri qarşı tərəfi əsəbləşdirib.
 R.Zərgərli "Şoubiz+” verilişinə açıqlamasında S.Allahverdidən belə hərəkət gözləmədiyini deyib:
"Bu, onun fikri idi, amma sosial şəbəkədə yazmaqla düz etmədi. Rəfiqəmdir. 600 adam şəkli bəyənib, onların arasında belə söz yazması düz deyildi. Mən heç vaxt yazmazdım. Yaxın bildiyim insanlardan belə şeylər gözləmirəm. Bunu Aygünə, Röyaya yaza bilərdi, mənə yox. Zəng edib özümə deyəydi. Belə etsəydi, utanardım”.