Saatlıda ağır qəza - 2 ölü, 2 yaralı - YENİLƏNİB





Bu axşam Saatlı rayonu ərazisində baş verən ağır yol qəzasında ölənlərin şəxsiyyəti müəyyənləşib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu İmişli rayon sakinləri Əli Təşkilat oğlu və İsgəndərov Peymandı.

Hadisə yerinə cəlb olunmuş FNN-nin xilasediciləri "Shaqman" markalı yük maşınında sıxılmış vəziyyətdə qalmış sürücü, Hacıqabul rayonu Pirsaat kənd sakini, 1992-ci il təvəllüdlü Rəsulov Mehman Dövlət oğlunu avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


M.Rəsulov və qəza nəticəsində yaralanan digər şəxs, "Mercedes” markalı avtomobildə olan İmişli rayonu Yalavac kənd sakini, 1979-cu il təvəllüdlü Rəfiyev Rəşad Çingiz oğlu Saatlı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.


Faktla bağlı araşdırma davam etdirilir.


***

Saatlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Saatlı rayonunda baş verən yol qəzasında 2 nəfər ölüb, daha 2-si yaralanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Qaralar kəndində "Shaqman" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində yük maşını kanala aşıb.
Hadisə yerinə FHN-nin xilasediciləri cəlb edilib. Faktla bağlı araşdırma davam etdirilir.