45 ildən sonra...

Viktor Jaranın qatili ABŞ-da mühakimə olunacaq



ABŞ-da hakim, Çilili bir keçmiş zabitin, 1973-cü ildə Çilili sənətçi Viktor Jaraya işgəncə vermək və mühakiməsiz edam yoluyla öldürmək günahlandırmasıyla mühakimə olunmasına qərar verdi.

Pedro Barrientos adındakı Çilili keçmiş zabit hazırda ABŞ vətəndaşıdı və Floridada yaşayır. Viktor Jara, Çilidə general Auqusto Pinocetin əmrindəki ordunun, seçki ilə iş başına gəlmiş sosialist dövlət başçısı Salvador Allende və onun Xalq Birliyi (Unidad Popular) hökumətini devirdiyi 1973-cü ilin 13 sentyabr günü paytaxt Santiaqodakı stadiona doldurulan minlərlə müxalifdən biriydi.

Jara burada işgəncələrdən keçirilmiş, sonunda vurularaq öldürülmüş və digər öldürülənlərlə birlikdə stadionun xaricinə atılan cəsədi həyat yoldaşı tərəfindən tapılmışdı.

Barrientosa qarşı iddianı Jaranın həyat yoldaşı Joan və qızı Amanda açdılar. Ailəni təmsil edən vəkillərdən Almudena Bernabeu "Jara ailəsinin ədalət axtarışında sona bir addım da yaxınlaşdığını görməkdən xoşbəxtik” dedi.

Bernabeu buna qarşılıq mühakiməçin şübhəlinin "insanlığa qarşı cinayətlər” daxilində mühakimə olunması tələbini qəbul etməməsindən xəyal qırıqlığı eşitdiklərini də əlavə etdi.

Viktor Jara kimdir?

Jara, 1960-cı illər və 70-ci illərdə ölkəsinin tanınmış bir şair, teatr rejissoru, müğənni və bəstəkarı idi. Məşhur etiraz mahnıları bəstələyən Jara, zərbənin hədəfindəki sosialist dövlət başçısı Salvador Allendenin də aktiv dəstəkçisi idi. Viktor Jaranın məzarı 2009-cu ildə açılmış, cinayət istintaqının dərinləşdirilməsi məqsədiylə araşdırılan sümükləri, minlərlə adamın qatıldığı bir mərasimlə yenidən torpağa verilmişdi. Jaranın öldürülməsiylə əlaqədar olaraq Çilidə də bəzi keçmiş zabitlər mühakimə olundu. Jara istintaqını icra edən Çilili hakim 2012-ci ildə Barrientos haqqında da beynəlxalq həbs əmri çıxartmış, lakin ABŞ səlahiyyətliləri bu əmri yerinə yetirməmişdi. Barrientosun mühakimə olunması mövzusunda Floridadakı ədliyyəyə 2013-cü ildə müraciət edilmişdi.