Nalbandyan Dağlıq Qarabağa səfər edib






Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağa səfər edib.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, onunla birgə səfərdə Ermənistan XİN-in mərkəzi aparatının rəhbər işçiləri və Ermənistanın xarici ölkələrdəki səfirləri olublar.
Erməni diplomatlarının separatçıların lideri Bako Saakyanla görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi müzakirə edilib.
Söhbət zamanı həmçinin separatçı rejimin Ermənistan Xarici İşlər Nazirliyi və Ermənistanın xaricdəki səfirlikləri ilə əlaqələri nəzərdən keçirilib.