Qüdrət Həsənquliyev partiyada yeni təyinatlar edib




Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev İcra Aparatının formalaşdırılması ilə bağlı yeni sərəncamlar imzalayıb.
Partiyadan daxil olan məlumata görə, sərəncamlara əsasən, Elçin Mirzəbəyli ictimai-siyasi əlaqələr, Niyaməddin Orduxanlı təşkilati işlər, Bünyamin Qəmbərli isə dünya azərbaycanlıları və türk dünyası ilə əlaqələr üzrə katib (müavin) vəzifəsinə təyin olunub.