Xırdalana metro çəkiləcək ? - Metropoliten açıqladı





Son günlər Xırdalana metro stansiyasının çəkiləcəyi ilə bağlı məlumatlar dolaşır. Xəbərə görə, stansiya Xırdalanda, Bakı -Sumqayıt yolunun kənarında yerləşən "Ər-Riyad" Ticarət Mərkəzi və "Abşeron Gənclər Şəhərciyi" yaşayış kompleksinin yaxınlığında tikiləcək.

Biz də "Sherg.az" olaraq xəbərin doğru olub-olmamasını öyrənmək üçün "Bakı Metropoliteni” QSC -nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədovla əlaqə saxladıq. 

Qurum sözçüsü yayılan məlumatı təkzib etdi: 

Bu iddialar sadəcə şayiədir. Hələlik Xırdalan şəhərində metro stansiyasının inşa olunmasına dair plan yoxdur. Növbəti metro stansiyası Ceyhun Səlimov küçəsində hərbi hospitalın qarşısında açılacaq. Şərti adı B-03 olan stansiya hazırda inşa olunur. 

Bu stansiya Bənövşəyi xəttin 3-cü stansiyası olacaq, yəni "Avtovağzal" və "Memar Əcəmi" (Bənövşəyi) stansiyalarının davamıdır. Qeyd edim ki, həmin küçə əvvəllər "Papanin” adlanırdı”.

Aysel Aslan