Ərdoğan namizəd oldu

Hakim Ədalət və İnkişaf partiyası namizədinin adına aydınlıq gətirib



Türkiyənin hakim Ədalət və İnkişaf partiyası ölkədə keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədini açıqlayıb.
ANS PRESS-in məlumatına görə, bu gün keçirilən toplantıda AK Partinin Siyasi və Hüquq məsələləri üzrə baş katibi Mehmet Ali Şahin namizədlərinin Rəcəb Tayyib Ərdoğan olduğunu bəyan edib.

"AK Partinin bütün üzvləri yekdilliklə namizədimizin Rəcəb Tayyib Ərdoğanın olmasına səs verdi. Namizədimizin ölkəmiz üçün xeyrili olmasını diləyirəm”- , deyə Mehmet Ali Şahin bildirib.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri avqustun 10-da keçiriləcək. İlk turda qalib müəyyənləşməsə, avqustun 24-də ikinci tur keçiriləcək.