Yol qəzası Mərdəkan şosesi istiqamətində sıxlığa səbəb olub

Bakının Xəzər rayonu, Aeroport şosesi, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, qəza səbəbindən Mərdəkan şosesi istiqamətində sıxlıq yaranıb.