500 direktor yeri boşdur
19:50 18.03.2016
Arxiv
1555
Seçilən direktorlardan esse yazmaq da tələb olunur
Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin müdiri İlham Nağıyev ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə yeni qaydaların təsdiqi ilə bağlı keçirilən mətbuat konfransında direktor vəzifəsi üzrə təxminən 500-ə yaxın vakant yer olduğunu bəyan edib.
İ.Nağıyev deyib ki, təsdiq olunan yeni qaydalara əsasən, ümumi təhsil müəssisələrinin vakant olan direktor vəzifələrinin tutulması üçün Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə keçiriləcək və 4 mərhələdən ibarət olacaq bu müsabiqənin mart, aprel ayları ərzində keçirilməsi nəzərdə tutulub: "Yeni qaydalara görə, direktor vəzifəsinin tutulması üzrə müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili olan, azı 5 il pedaqoji staja malik hər bir şəxs iştirak edə bilər. Bu şəxslər müsabiqədə iştirak üçün qeydiyyatda olduğu və ya faktiki yaşadığı rayon (şəhər) məktəblərinin vakant olan direktor vəzifəsini seçə bilər”.
Şöbə müdirinin sözlərinə görə, artıq direktor olmaq istəyənlər Rayon və ya Şəhər Təhsil Şöbəsinin təqdimatı əsasında deyil, özü könüllü olaraq sənəd verə biləcək. İ.Nağıyev bildirib ki,
sabahdan direktor vəzifəsi üzrə vakant yerlər elan ediləcək: "Təxminən 500-ə yaxın vakant yer var. Rayon yerlərində vakant yerlər şəhərlərə nisbətən daha çoxdur. Sənəd qəbulu isə aprelin əvvəlinə kimi davam edəcək”.
Şöbə müdiri həmçinin əlavə edib ki, "Ümumi təhsil müəssisələrində rəhbər vəzifələrə namizədlərin müəyyənləşdirilməsi üzrə təlim kursları”nın əhatə etdiyi rayon və şəhərlərdə direktorların işə qəbulu üzrə müsabiqəyə bu kursları bitirərək "Uğur sertifikatı” əldə etmiş şəxslər birbaşa müsabiqənin dördüncü mərhələsinə (müsahibə) keçəcəklər.
İ.Nağıyev direktor olmaq istəyən şəxslərdən əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi, maliyyə və statistika sahəsində test tapşırıqlarını cavablandırmaqla yanaşı, həm də əvvəlcədən təqdim edilmiş mövzu üzrə esse yazmaq tələb olunur.
Məktəb direktorlarının işə qəbul prosesini dəyərləndirən təhsil eksperti Nabatəli Qulamoğlunun sözlərinə görə, uzun müddətdir məktəb direktorlarının mərkəzləşdirilmiş qaydada işə qəbulu prosesi həyata keçirilir: "Demək olar ki, bu istiqamətdə bir xeyli irəliləyiş əldə olunub. Sadəcə, prosesin gedişindən razı deyiləm, çox ağır gedir. Mənə elə gəlir ki, məktəb direktorlarının dəyişdirilməsi prosesini kütləvi şəkildə həyata keçirmək olardı”.
Ekspertin sözlərinə görə, yeni qaydalarla seçilən məktəb direktorları iki əlli öz səlahiyyətlərinə yapışıblar, məktəbə də can yandırırlar: "Amma çox təəssüf ki, bəzi hallarda onların da fəaliyyətinə mane olurlar. Əsas maneə isə hələ də məktəblərdə köhnə ab-havanın qalmasıdır. Müəllimləri o qədər ələbaxan öyrədiblər ki, direktor düzgün qaydalarla işləməyi tələb edəndə, qeyri-qanuni yığımların qarşısını alanda etiraz edirlər. Bu proses zamanı məktəb direktorları ilə yanaşı, pedaqoji heyətin tərkibi də dəyişdirilməlidir. Ələbaxan müəllimlərin fəaliyyət göstərdiyi məktəblərə əqidəsi saf, mütərəqqi fikirli insanları direktor təyin etməklə müsbət effekt əldə etmək mümkün deyil”.
N.Qulamoğlunun sözlərinə görə, sadəcə məktəb direktorlarını dəyişməklə təhsilin inkişafına nail olmaq mümkün deyil: "Bu proses təhsilə töhfə vermək iqtidarında deyil. Bunun üçün stimul olmalıdır. Müəllimin fəaliyyəti ilə əmək haqqı biri-birini tamamlayarsa, o zaman istənilən nəticəni əldə etmək mümkündür. Həmçinin dövlət, bələdiyyə və özəl sektorlar arasında rəqabətə nail olmaq lazımdır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət