ABŞ mümkün qədər tez zamanda Azərbaycan və Ermənistan prezidentlərini görüşməyə çağırır






ABŞ Dövlət Departamenti Ermənistan və Azərbaycan prezidentlərini döyüşkən ritorikadan çəkinməyə və "mümkün qədər tez zamanda” Parisdə görüşməklə bağlı Fransa rəhbərinin dəvətini qəbul etməyə çağırıb.
"Biz tərəfləri danışıqlar masası arxasında səyləri artırmağa və diqqəti regiona sülh gətirəcək məqamlara yönəltməyə çağırırıq”, - Dövlət Departamentinin mətbuat katibi Cen Psaki Vaşinqtonda brifinqdə bildirib.
"Məlumdur ki, döyüşkən ritorika və bəyanatlar gərginliyin azaldılması prinsipinə ziddir və biz qəti əminik ki, bu, sülh prosesinə ziddir”, - o vurğulayıb.
Xatırladaq ki, bir neçə gün öncə ABŞ-ın ATƏT-dəki nümayəndəsi Brent Hartli də analoji bəyanatla çıxış edib.