Evdən skeletləşmiş qadın meyiti tapıldı - Bakıda





Bakı şəhərində mənzildən meyit tapılıb.

APA-nın məlumatına görə, paytaxtın Səbail rayonu, Ü. Hacıbəyov küçəsi 33/35, mənzil 9 ünvanında skeletləşmiş qadın meyiti aşkar edilib.

Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin həmin evin sahibi, 1933-cü il təvəllüdlü Kosyançuk Qalina İvanovna olması müəyyənləşdirilib.

Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.