Şair olmaq zülümdür

Tanınmış şairdən yeni kitab



Sumqayıtdakı Əli Kərim adına Poeziya klubunun direktoru, tanınmış söz ustası İbrahim İlyaslı yeni şeirlər kitabı ilə oxucuların görüşünə gəlib. "Hamı bir körpüdən keçir”(1998), "Mən bir söz bilirəm”(2004), 

"Yuxuma söykənmiş adam”(2011) adlı kitablarından sonra sayca dördüncü olan bu nəşrdə müəllifin seçmə şeirləri və son illərdə qələmə aldığı poeziya nümunələri daxil edilib. Kitabdakı şeirlər ən müxtəlif mövzuları əhatə edir.

"Qələm” nəşrlər evi tərəfindən nəfis tərtibatla çap olunan kitabı, İbrahim İlyaslının 55 yaşına bir yaradıcılıq hesabatı kimi də dəyərləndirmək olar.