Elmar Nurəliyev: "Ərazidən yüksək gərginlikli elektrik xətləri keçirsə, tarla meşə sahəsi və yaşayış məntəqəsinə yaxın yerləşirsə, ekologiya idarəsinə məlumat vermədən ora od vurmaq olmaz! "
Məlumdur ki, son zamanlar əkin sahələrində məhsul yığıldıqdan sonra tarlalarda qalıqların yandırılması tendensiyası çox geniş yayılıb. Amma bəzi insanlar bu halın ciddi fəsad və ya fəlakətlərə yol açacağını düşünmür. Məxsusi olaraq, yay aylarında istilərlə əlaqədar məlum arzuolunmaz meyl ciddi fəsadlar törədir. Yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə və eyni zamanda meşə təsərrüfatlarında qarşısıalınmaz yanğınlara səbəb olur. Biz də "Sherg.az" olaraq bu "ənənə"nin ölkəmiz, cəmiyyətimiz və insanlarımız üçün təhlükəli olduğunu nəzərə alıb, mövzunun növbəti dəfə aktuallaşdırdıq.
Maraqlıdır, görəsən məlum tendensiyanın önlənməsi istiqamətində nə kimi maarifləndirmə işləri aparılmalıdır ? Bu "təcrübə"nin zərərləri nədən ibarətdir və nə kimi fəsadlara yol aça bilər?
Suallarımızı cavablandıran təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert Elmar Nurəliyev "Sherg.az"a bildirdi ki, meşə ərazilərində , dağ ətəyi yerlərdə , əkin sahələrində yanğınların baş verməsinin əsas səbəbləri çöllük sahələrdə açıq oddan istifadə , siqaretin söndürülmədən yerə atılması ve havaların normadan yüksək isti keçməsidir: "Ìlk növbədə əkin sahəsinə od vurub yandırmazdan öncə ərazi üzrə ekologiya idarəsinə məlumat vermək lazımdır . Daha sonra hava şəraiti nəzərə alınmalıdır, yəni hava küləkli yaxud normadan yüksək istidirsə, sahəyə od vurmaq məqsədəuyğun deyil . Əgər ərazidən yüksək gərginlikli elektrik xətləri keçirsə , ərazi meşə sahəsi və yaşayış məntəqəsinə yaxın yerləşirsə, bunu ekologiya idarəsinə məlumat vermədən, təhlükəsizlik tədbirləri görmədən etmək olmaz . Ərazi üzrə ekologiya idarəsinin nümayəndələri ehtiyac duyarsa FHN -in yanğından mühafizə bölməsinə məlumat verəcəklər və lazım olan bütün təhlükəsizlik təbdirləri görüldükdən sonra yandırmağa başlamaq olar. Bilmək lazımdır ki yandırılacaq ərazi perimetr boyu şumlanıb yanacaq otlardan ayrılmalıdır, bu yanğının digər sahələrə keçməsinin qarşısını alır .
Daha sonra yandırılacaq ərazi ehtiyat su çənləri ilə təmin edilməli , yanacaq ərazi tullanılmış konservant politelin qablardan , selofan , kauçuk və rezindən təmizlənməlidir . Çünki bunlar kimyəvi tərkibə malikdir və toksiki xarakter daşıyır. Həm ekologiyaya ziyan vuru, həm də insanlarda zəhərlənməyə səbəb olur. Ən sonda yanğın tam söndürüldükdən və buna əmin olduqdan sonra ərazini tərk etmək lazımdır" .
Ayyət Əhməd