Müsəlman ölkəsində fəlakət: 6 nəfər həlak olub




Əlcəzairdə leysan yağışlarının səbəb olduğu daşqın və ildırım səbəbindən 6 nəfər həlak olub.

Axar.az xəbər verir ki, ölənlərdən ikisinin 7 və 8 yaşlarında uşaqlar olduğu bildirilib.

Ölkə rəsmiləri təbii fəlakətlər nəticəsində daha 2 nəfərin itkin düşdüyünü açıqlayıb.