700 bal toplayan abituriyentlərin 4-ü bu ali məktəbi seçdi





Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəmiş abituriyentlərin ixtisas seçimi bu gün saat 09:00-da bitib. Lent.az-ın modern.az saytına istinadən məlumatına görə, 35995 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək, öz elektron ərizəsini təsdiqləyib. İxtisas seçimi edənlər arasında 700 bal toplamış abituriyentlər də var.
Maksimum nəticə göstərmiş 9 abituriyentdən 4-ü (Samir Rzayev, Könül Qurbanlı, Qoşqar Qədimbəyli, Nurlan Quluzadə) "ADA” Universitetini seçib.
"ADA” Universiteti prezidentin 13 yanvar 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və İnformasiya Texnologiyaları Universitetinin əsasında yaradılıb. Qeyd edək, Azərbaycan prezidenti İlham Əliyevin oğlu Heydər də ötən il "ADA” Universitetinə daxil olub.