Bakıda intiharı təbliğ edən köşklə bağlı qərar - DİN

Paytaxtın Yasamal rayonunda vətəndaşlara “intiharla müqayisəli qəhvə” satan şəxs barədə tədbir görülüb.

Bu sözləri Axar.az-a açıqlamasında DİN mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov deyib.

“Polis əməkdaşları tərəfindən qanunvericiliyə uyğun tədbir görülməklə neqativ hal aradan qaldırılıb. Həmin şəxs barəsində inzibati qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub”, - o vurğulayıb.

Qeyd edək ki, paytaxtın Yasamal rayonunda intiharı təbliğ edən qəhvə köşkləri haqda məlumat yayılmışdı.