MSK 16 nəfərin deputatlığa namizədliyini qeydə alıb

İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar 16 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Sherg.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Qeyd edək ki, indiyə qədər deputatlığa namizədliyi irəli sürülən 1048 nəfərdən 700 nəfərin namizədliyi təsdiqlənib, onlardan 609 nəfərə imza vərəqi verilib.