Göksel dünən axşam saatlarında Bayhan Music tərəfindən təşkil edilən N Kolay Harbiye Açıq hava konsertləri çərçivəsində səhnəyə çıxıb.
"Sherg.az" xəbər verir ki, sənətçi sevilən mahnılarını sevənləri ilə birlikdə ifa edib.
Müğənni "O balaca qızcığazın 30 ildir orta məktəbdəki arzularını həyata keçirirəm, necə də xoşbəxtəm" deyib.
Həmçinin sənətçi heç bir estetikinin olmadığını da bildirib:
“Yeniyetmə olanda çox da gözəl deyildim. Mən hələ də özümü çox gözəl görmürəm".