Ana Vətən Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar parlament seçkiləri ilə əlaqədar Ana Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.

APA-nın xəbərinə görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.