İsrail Livandakı “Hizbullah”ın hədəflərinə yeni aviazərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı “Hizbullah” qruplaşmasının hərbi obyektlərinə cavab zərbələri endirib.

“Report” xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Livanın cənubunda “Hizbullah”a məxsus Ayta əş-Şab, Yatera, Xiam və Hanin yaşayış məntəqələrində yerləşən infrastruktur obyektləri havadan hücuma məruz qalıb.

Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubundakı Adlun bölgəsində “Hizbullah”ın silah anbarlarının yerləşdiyi əraziyə zərbələr endirib.